“Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Tiflis “Dinamo”sunda daha bir ayrılıq yaşanıb.

Futbolinfo.az xəbər verir ki, Gürcüstan klubu yarımmüdafiəçisi Luka Qaqnidzeni Moskva “Spartak”ına satıb.

Rusiya Premyer Liqa təmsilçisi 18 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Bu keçid moskvalılara 1,5 milyon avroya başa gəlib.

Xatırladaq ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk matç iyulun 7-də Tiflisdə, cavab görüşü 13-də Bakıda keçiriləcək.

Shares: