“Neftçi”nin futbolçusu Sabir Buqrin futbolinfo.az saytına müsahibə verib. O, komandanın təlim-məşq toplanışından və iyulun 6-da Tiflis “Dinamo”suna qarşı keçirəcəyi oyundan danışıb:

  • Təlim-məşq toplanışı necə keçdi?
  • Hər şey yaxşı oldu. Bizim üçün həyəcanlı biz toplanış idi. Özümü hazır hiss edirəm, komanda da artıq Çempionlar Liqası üçün hazırdır.
  • Bir çox futbolçular komandadan ayrıldı və yeniləri gəldi. Düşünürsən ki, “Neftçi” kifayət qədər güclənib?
  • Bunu zaman göstərəcək. Bir neçə yaxşı futbolçu burdan ayrıldı. Amma yeniləri komandamıza qoşulmaqda davam edir. Biz hələ heç bir rəsmi matç oynamamışıq. Lakin məndə yaxşı hisslər var və düşünürəm ki, uğurlu olacağıq.
  • Moskva “Spartak”ı üzərindəki qələbə xoş qarşılandı…
  • Bu bir yoldaşlıq oyunu idi. Əsas olan nəticə yox, komandanın oyunu və özünəinam yaratması idi. Düşünürəm ki, yaxşı oynadıq və qalib gəldik. İstənilən halda bütün diqqətlərimizi Tiflisdəki matça yönəltmişik. Burada qalib gəlib növbəti mərhələyə çıxmaq istəyirik.
  • Hər kəs düşünür ki, “Neftçi” “Dinamo”nu rahatlıqla keçməlidir…
  • Futbolda nəticəni əvvəlcədən heç kəs deyə bilməz. Bu cür düşünmək də doğru deyil. Məsələn, siz Avro-2020-da Fransa – İsveçrə oyununa baxın. Hər kəs düşünürdü ki, Fransa qalib gələcək. Amma fərqli nəticə oldu. Lakin biz qalibiyyət üçün hər şeyi edəcəyik.
  • “Neftçi” azarkeşləri uzun müddətdir ki, uğura sevinə bilmirlər. Bu dəfə isə sizə güvənirlər. Səncə, komanda onları sevindirəcək?
  • Əlbəttə ki, biz qalib gəlmək istəyirik. Bu həm bizim üçün, həm azarkeşlər üçün vacibdir. Biz onları sevindirmək üçün meydanda çox şey edəcəyik.

    FƏRİD
Shares: