AÇ-2020-nin ən çox qayda pozan futbolçusu məlum olub.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Danimarka yığmasının yarımmüdafiəçisi Tomas Dileynidir.
29 yaşlı yarımmüdafiəçi 6 matçda 15 dəfə qayda pozub. O, turnirin ən sərt futbolçusu olub.
Danimarka yığması AÇ-2020-də mübarizəni yarımfinalda dayandırıb. Danimarkalılar İngiltərəyə uduzub – 1:2.