“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hər iki matçda məğlub etdiyi (2:1, 2:1) “Dinamo”nun (Tiflis) qapıçısı Roin Kvasxvadze klubdan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Dinamo”nun Bakı təmsilçisi ilə keçirdiyi matçlardan sonra qolkiper klub rəhbərliyi ilə görüşüb və müzakirələr aparıb. Nəticədə o, “Dinamo”dan ayrılmaq qərarına gəlib.

Klub isə hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

Qeyd edək ki, Kvasxvadze “Neftçi” ilə hər iki oyunda qolla nəticələnən kobud səhvlərə yol verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp