Azərbaycan futbolunu Şəmkirsiz təsəvvür etmək çətindir! Bu gün Şəmkir şəhər stadionun vəziyyəti ilə yerində tanış oldum”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Nurlan Həsənov “Facebook” səhifəsində yazıb.

“Uşaq vaxtı o stadionda dəfələrlə “Şəmkir” futbol komandasının oyunlarına baxmışam. Avrokuboklarda ilk dəfə mərhələ adlayan Azərbaycan komandasının adı “Şəmkir”dir! İndi isə hər şey məhv olub. Niyə belə olub, kim edib bu vəhşiliyi?

Kimlərin, hansısa yerli və ya digər məmurların maraqları üst-üstə düşməyib deyə böyük bir şəhərin futbol həyatını, futbola olan marağını bitirmək qəbuledilməzdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bu məsələyə biganə yanaşmamalıdır”, – deyə Nurlan Həsənov paylaşımında qeyd edib.

1626615317 218917827 371481317721445 2204528192158277289 n - Futbolinfo.az
1626615400 218886694 371481391054771 3706267302080082901 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp