“Qarabağ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la (İsrail) oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu oyunlar üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında 23 futbolçu olacaq. Onlardan beşi B siyahısında göstərilib. A siyahısında isə 18 futbolçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Malinovski;

Hücumçu: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, “Qarabağ”ın “Aşdod”la ilk oyunu iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Cavab qarşılaşması isə ayın 29-da İsraildə keçiriləcək.

218818547 357986459029728 4882282073175938459 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp