Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 2-ci turu çərçivəsində doğma meydanda “Sfintul George” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

“Dinamo-Avto” 2 turdan sonra 1 xalla 8 iştirakçı arasında 6-cı pillədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp