UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin də bu raunddakı potensial rəqiblərinin sayı azalıb.

Paytaxt klubu 2-ci təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”unu mübarizədən kənarlaşdırsa, növbəti raundda “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – “ÇFR Kluj” (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin püşkü bu gün atılacaq. Mərasimə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp