Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Tədbirdə Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi”nin də potensial rəqibi məlum olub.

“Neftçi” 2-ci mərhələdə “Olimpiakos”u (Yunanıstan) keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

3-cü mərhələnin görüşləri 3-4 və 10 avqustda oynanılacaq.

“Neftçi” 2-ci mərhələ çərçivəsində “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) – “Mura” (Sloveniya) / “Ludoqorets” (Bolqarıstan)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp