Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın da potensial rəqibi müəyyənləşib.

Polşa klubu 2-ci mərhələni uğurla keçsə, 3-cü mərhələdə “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq

Türkiyənin “Qalatasaray” komandası isə PSV səddini aşsa, 3-cü mərhələdə “Seltik” (Şotlandiya) – “Midtyulland” (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Əsas yol

“Dinamo” (Zaqreb, Xorvatiya)/“Omoniya” (Kipr) – “Legiya” (Polşa)/“Flora” (Estoniya)

“Linkoln” (Cəbəllütariq)/ÇFR (Rumıniya) – “Slovan” (Slovakiya)/“Yanq Boyz” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan)/“Neftçi” (Azərbaycan) – “Mura” (Sloveniya)/“Ludoqorets” (Bolqarıstan)

“Kayrat” (Qazaxıstan)/“Srvena zvezda” (Serbiya) – “Alaşkert” (Ermənistan)/“Şerif” (Moldova)

“Malmö” (İsveç)/HİK (Finlandiya) – Reyncers (Şotlandiya)

“Ferentsvaroş” (Macarıstan)/“Jalgiris” (Vilnüs, Litva) – “Slaviya” (Çexiya)

Liqa yolu

PSV (Niderland)/”Qalatasaray” (Türkiyə) – “Seltik” (Şotlandiya)/”Midtyulland” (Danimarka)

“Spartak” (Moskva, Rusiya) – “Benfika” (Portuqaliya)

“Genk” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“Monako” (Fransa) – “Rapid” (Vyana, Avstriya)/”Sparta” (Praqa, Çexiya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp