Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşib.

2-ci mərhələdə İsrailin “Aşdod” komandası ilə üz-üzə gələcək “Qarabağ” püşkatmada səpələnmişlər səbətində yer alıb. Serbiya “Çukariçki”si ilə qarşılaşacaq “Sumqayıt” və Rusiya “Soçi”sinin rəqibi olan “Keşlə” isə səpələnməmişlər sırasında olub.

“Qarabağ” 2-ci mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə AEL (Kipr) – “Vlazniya” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Sumqayıt” “Çukariçki” (Serbiya) səddini aşsa, “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Keşlə” isə “Soçi”ni mübarizədən kənarlaşdırsa, “Partizan” (Serbiya) – ”Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi

“Qarabağ”/”Aşdod” (İsrail) – AEL (Kipr)/“Vlazniya” (Albaniya)

“Sumqayıt”/”Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)

“Keşlə”/”Soçi” (Rusiya) – “Partizan” (Serbiya)/”Dunayskaya Ştreda” (Slovakiya)

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 5 – 12 avqustda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp