Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni transferlərindən biri Sloveniya milli komandasının üzvü Miha Mevlyadır.

31 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni komandasında “25” nömrəli formanı geyinəcək.

Onun sonuncu iş yeri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi” olub. Müdafiəçi 2019-cu ildən formasını geyindiyi bu klubdan bu yay ayrılıb. Karyerasına yetirməsi olduğu “Qoriça”da başlayan futbolçu, “Brda”, “Lozanna-Sport”, “Bney Saxnin”, “Dinamo” (Buxarest), “Rostov” və “Zenit” kimi klublarda da çıxış edib. O, Sloveniya yığmasında 38 oyuna çıxıb, 1 qol vurub.

7h5a4018adb5 - Futbolinfo.az

“Alanyaspor”un digər transferi seneqallı hücumçu Famara Dyedyudur. Seneqal millisinin üzvü İngiltərənin “Bristol Siti” klubundan transfer olunub. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında “9” nömrəli forma altında çıxış edəcək.

Dyedyu 2017-ci ildən “Bristol Siti”də çıxış edirdi. O, geridə qalan dörd mövsüm ərzində bu komandanın heyətində 169 matça çıxıb, 51 qol vurub. Seneqal yığmasında 10 oyuna 5 qol vurmuş futbolçu, İngiltərəyə gələnə qədər yalnız Fransa klublarında forma geyinib. Belə ki, o, “Anje”, “Klermon”, “Soşo”, “Ayaçço”, “Epinal” və “Belfort”un da uğurları üçün çalışıb.

Photo famara diedhiou alanyasporumuzda 5f6b3 - Futbolinfo.az

“Alanyaspor” son olaraq “Yeni Malatyaspor”da çıxış etmiş Ahmed Yıldızı da transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Türkiyəli futbolçu yeni klubunda “8” nömrəli formanı seçib. Avstriyada dünyaya gəlmiş Ahmed, Vyana “Rapid”inin yetirməsidir. O, 2016-cı ildə “Kasımpaşa”ya transfer olunub. Burada iki mövsüm keçirdikdən sonra 2018-ci ildən “Yeni Malatyaspor”a keçib.

Photo teo 6f79a - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp