“Yuventus”un futbolçusu Hamza Rafia koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Rafia və onun çıxış etdiyi U-23 komandası karantinə alınıb.
Karantinə alınan futbolçulardan yenidən test götürüləcək. Nəticəsi mənfi olan oyunçular karantindən çıxarılacaq.