Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Berkan Kutlunu transfer edib.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Berkan Kutlu, ötən mövsümün əvvəlindən “Alanyaspor”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 42 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: