“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin AEL komandası ilə üz-üzə gələcək.
Limassol şəhərini təmsil edən bu komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Vlajniya”nı (Albaniya) üstələyib. Kipr klubu bu rəqibinə həm səfərdə, həm də öz meydanında eyni hesabla qalib gəlib – 1:0.
“Qarabağ”ın AEL ilə ilk oyunu avqustun 5-də Limassolda, cavab qarşılaşması isə avqustun 12-də Bakıda baş tutacaq.
Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”u mübarizədən kənarlaşdırıb – 0:0, 1:0.