Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, artıq növbəti mərhələdə hansı komandaların üz-üzə gələcəyi də məlumdur.
Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”, Kiprin AEL (Limassol) klubu ilə üz-üzə gələcək.
“Keşlə”ni mübarizədən kənarlaşdıran “Soçi” (Rusiya) Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Sumqayıt”ın keçə bilmədiyi Serbiya “Çukariçki”si isə İsveçin “Hammarbü” komandası ilə üz-üzə gələcək.
Türkiyə təmsilçilərindən “Trabzonspor” “Molde” (Norveç) ilə qarşılaşacaq. “Sivasspor” isə Gürcüstanın “Dinamo” (Batumi) komandasına rəqib olub.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 5-12 avqustda olacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi
”Makkabi” (Hayfa, İsrail) – “Torshavn” (Farer adaları)
“Linfild” (Şimali İrlandiya) – ”Fola Eş” (Lüksemburq)
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
“Riqa” (Latviya) – ”Hibernians” (Malta)
“Priştina” (Kosovo) – ”Bodo Qlimt” (Norveç)
“Dinamo” (Batumi, Gürcüstan) – “Sivasspor” (Türkiyə)
“KuPS” (Finlandiya) – “Astana” (Qazaxıstan)
“Soçi” (Rusiya) – “Partizan” (Serbiya)
“Şlensk” (Polşa) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Santa Klara” (Portuqaliya) – “Olimpiya” (Sloveniya)
“Uypeşt” (Macarıstan) – “Bazel” (İsveçrə)
“Kolos” (Ukrayna) – “Şaxtyor” (Karaqandi, Qazaxıstan)
“Elfsborq” (İsveç) – “Velej” (Bosniya və Herseqovina)
“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya)
“Lütsern” (İsveçrə) – “Feyenoord” (Niderland)
RFS (Latviya) – “Gent” (Belçika)
“Hibernian” (Şotlandiya) – “Riyeka” (Xorvatiya)
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)
“Trabzonspor” (Türkiyə) – “Molde” (Norveç)
“Bohemians” (İrlandiya) – PAOK (Yunanıstan)
TNS (Uels) – “Viktoriya” (Çexiya)
“Rakov” (Polşa) – “Rubin” (Rusiya)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)
“Tobol” (Qazaxıstan) – “Jilina” (Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
“Voyvodina” (Serbiya) – LASK (Avstriya)
AEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
“Spartak” (Trnava, Slovakiya) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Rusenborq” (Norveç) – “Domjale” (Sloveniya)
“Laçi” (Albaniya) – “Anderlext” (Belçika)
“Vitess” (Niderland) – “Dandalk” (İrlandiya)