Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Finlandiyanın HJK klubu arasında keçiriləcək ilk oyunun hakimləri bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi FİFA refirisi Uilyam Kollum olacaq. Ona Devid Makgiçi və Şon Karr kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HJK matçına saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə Finlandiyada oynanılacaq. Avqustun 12-də baş tutacaq həmin oyuna saat 20:00-da start veriləcək.

Shares: