Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis, “Qarabağ”ın Albaniya “Vlajniya”sından daha güclü olduğunu deyib:

“Qarabağ” fərqli komandadır. “Vlajniya”dan daha yaxşıdır. Qarşıda iki oyun var və inanırıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik”.

“Qarabağ”ın AEL-lə ilk matçı avqustun 5-də səfərdə baş tutacaq. Komandalar arasındakı cavab matçı isə avqustun 12-də Bakıda keçiriləcək.

Shares: