İsrailin “Aşdod” komandasının qapıçısı Yoav Jerafi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, doğma meydanda 0:1 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:
“Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi. Mərhələ adlaya bilmədiyimiz üçün təəssüflənirəm. Onları keçə biləcəyimiz barədə nikbin idik. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük.
Komandamızın heyəti çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram. Artıq çempionata köklənməliyik”.