“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində AEL-ə (Kipr) qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qlenn Nyuberq olacaq. Ona yan xətt hakimləri Mahbod Beigi və Andreas Söderqvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boyan Pandjiç yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”ın Kipr klubu ilə ilk oyunu avqustun 5-də Larnaka şəhərindəki “AEK Arena”da baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 12-də Bakıda keçiriləcək.

Shares: