Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan “Neftçi”nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsindən verilən məlumata görə, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik “Olimpiakos”la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb. (Report)

Qeyd edək ki, hər iki oyunda “Olimpiakos”a 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. “Ağ-qaralar” Avropa Liqasında HİK-lə ilk oyununu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı isə avqustun 12-də Helsinkidə olacaq.

Shares: