“Böyük büdcəsi olan klubla üz-üzə gələcəyimizi bilirik. “Qarabağ” çox güclü məşqçiyə və keyfiyyətli heyətə malikdir” – bu sözləri futbolinfo.az-a açıqlamasında Konfrans Liqasında “Qarabağ”a rəqib olan Kiprin AEL (Limassol) klubunun idman direktoru Teodoros Antonoi deyib.

O bildirib ki, Azərbaycan klubu haqqında böyük məlumata sahibdir: “Rəqib haqqında çox şey bilirik. Çünki “Qarabağ” APOEL-ə qarşı oynayıb. Biz ikinci mərhələdə keçdiyimiz rəqibə hörmət edirik. “Vllajniya” son zamanlar böyük klub olmaq uğrunda addımlar atır. Amma onları “Qarabağ”la müqayisə etmək mümkün deyil. Eyni tərəziyə qoymaq olmaz. “Qarabağ” onlardan çox-çox yaxşı komandadır. Ağdam klubunun APOEL-ə qarşı və Kiprdə son keçirdiyi matçları izləmişəm və düşünürəm ki, maraqlı oyunlar olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp