“Sabah” daha 2 transferə hazırlaşır. Çoxdandı komandanın düşərgəsində olan İldar Ələkbərovla yanaşı, Yürgen Qoxa da yeni mövsümə paytaxt təmsilçisində başlayacaq.

 

Ötən mövsümü Rusiya birinci divizionunda “Nefteximik”də keçirmiş İldar “Sabah”da qalacaq. Gürcüstanda keçirilən təlim-məşq toplanışında iştirak edən 20 yaşlı hücumçu məşqçilər korpusunun etimadını qazana bilib. Komanda ilə birlikdə Bakıya gələn forvardla müqavilə imzalanacağı gözlənilir. Pskov şəhərində dünyaya gələn Ələkbərov “Pskov-47”, “Stroqino” komandalarında da oynayıb.

 

Qoxa isə “Qəbələ”dəkı çıxışlarından bizə tanışdı. Alban müdafiəçi bölgə təmsilçisi ilə anlaşa bilmədiyindən, yeni iş yeri axtarırdı. Və nəhayət, onunla bağlı qərar verilib. Qoxa bir neçə günə Bakıya gəlib rəsmi müqaviləyə imza atacaq.

1627797993 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp