“Qəbələ”də legioner axtarışları davam edir. Əyalət təmsilçisi heyəti komplektləşdirmək üçün son seçimləri edir.

Ötən mövsüm komandada forma geymiş Stefan Vukçeviçlə müqavilənin müddətini 1 il uzadan “qırmızı-qaralar” daha bir legionerlə razılıq əldə etməyə yaxındı. Belə ki, Rafael Utriq də komandada qalmağa razılaşıb. Braziliyalı yarımmüdafiəçi maaşının azaldılması şərti ilə sözləşməni uzatmağa razılıq verib.

Elmar Baxşıyevin növbəti seçimi də braziliyalıdı. Belə ki, “Qəbələ” heyətinə daha bir müdafiəçi cəlb edir. Mərkəz müdafiəçisi Ruan Renato ilə ortaq məxrəcə gəlinib. 27 yaşlı futbolçunun transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

Renatonun son iş yeri Braziliya B Seriyası təmsilçisi “Ponte Preta” olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışır. “Santa Rita”, “Quaratingeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo” kimi klublarda oynamış futbolçu 2017/18 mövsümündə legioner həyatı yaşayıb. O, Avstriyanın “Austriya” klubunda icarədə çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp