Andrey Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbi məlum olub. Yerli mətbuatın yazdığına inansaq, 44 yaşlı mütəxəssis federasiya ilə maliyyə şərtlərində razılaşmayıb.

Şevçenko bütün məşqçilər korpusunun illik gəlirinin 3 milyon dollar olmasını istəyib. Ukrayna Futbol Federasiyası (UFF) isə bunun yarısından artıq ödəyə bilməyəcəyini bildirib. Buna görə tərəflər arasında razılaşma baş tutmayıb.

Qeyd edək ki, Ukrayna millisi Avro-2020-də 1/4 finalına qədər irəliləyib. Tarixində ilk dəfə Avropa çempionatında bu uğura imza atan milli komanda federasiyaya 16 milyon avro qazandırıb. Bununla belə, UFF məşqçilər korpusunun maaşını artırmayıb.

5 ildir Ukrayan millisini çalışdıran Şevçenkonun müqaviləsi başa çatmışdı.

Shares: