Futbol üzrə Özbəkistan milli komandasına yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sreçko Kataneç çalışdıracaq.
Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Kataneçin son iş yeri İraq yığması olub. O, 2018-ci ildən çalışdırdığı bu komandadan bu ilin iyulunda istefaya göndərilib.
Özbəkistan yığmasını isə son olaraq Vadim Abramov çalışdırırdı. O, bu ilin iyun ayında istefaya göndərilmişdi.