DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi seçmə mərhələ oyunlarına 25 oyunçu çağırıb.
İtalyan mütəxəssis yoxlama xarakterli təlim-məşq toplanışına çağırdığı 20 futbolçudan 10-nu heyətdə saxlayıb. “Qarabağ”ın 9, “Neftçi”nin 1 futbolçusu, həmçinin ölkə xaricində çıxış edən 5 oyunçu da onlara qoşulub.
Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehdi Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (hamısı “Qarabağ”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Visla”, Polşa);
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Qara Qarayev, Filip Ozobiç (hər üçü “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıxov (hər ikisi “Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna);
Hücumçular: Mahir Emreli (“Legiya”, Polşa), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna).