Türkiyənin “Hatayspor” klubu hücumçusu Aaron Bupendza ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qabonlu forvardın Qətərin “Əl Ərəbi” klubuna transfer olunduğu diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmasa da, Hatay klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona yeni komandasında uğurlar arzulayıb.
Qabon yığmasının da üzvü olan Bupendza, “Hatayspor”a 2020-ci ilin avqustunda transfer olunmuş və 2 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində ötən mövsüm 36 oyunda vurduğu 22 qolla Super Liqanın bombardiri olmuşdu.