“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan isveçrəli 52 yaşlı mütəxəssis, cəlbedici klublarla eyni qrupa düşmədiklərini bildirib:
“Maraqlı rəqiblərlə düşmədik. Əlbəttə, ev oyunlarımızda azarkeşlərin diqqətini çox çəkə bilməyəcəyik. Bununla yanaşı, uzun səyahətlər edəcəyik. Hədəfimiz qışı Avropada keçirə bilməkdir”.
“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparacaq.