“Barselona”nın futbolçusu İlayş Moriba karyerasını İngiltərədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi “Tottenhem” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Moribanın London klubu ilə razılıq əldə etdiyi və yaxın zamanda “Tottenhem”lə 4 illik müqavilə imzalayacağı bildirilib.

“Barselona” maliyyə problemlərinə görə Moriba ilə razılaşa bilməyib və futbolçuya özünə yeni klub tapmasını bildirib. Moriba yeni kluba keçməsə, “Barselona”nın B komandasında çıxış edəcək.

Shares: