Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Almaniyanın “Şalke” klubunundan icarəyə götürülmüş 20 yaşlı futbolçu, mövsümün sonuna qədər İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb. Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.

“Beşiktaş” Fransanın “Havr” klubundan Umut Meraşı da heyətinə qatmağa yaxındır. 25 yaşlı yarımmüdafiəçi bu kluba keçidini tamamlamaq üçün İstanbula gəlib. Türkiyə yığmasının da üzvü olan Umut 2019-cu ilin yayında “Bursaspor”dan “Havr”a keçib.

Shares: