“Barselona”nın sabiq futbolçusu Alen Haliloviç karyerasını İngiltərədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Ridinq”ə keçib.

Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Haliloviçlə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçinin son klubu “Birmingem” olub. Xorvat futbolçu daha əvvəl “Dinamo” (Zaqreb), “Barselona”, “Milan”, “Hamburq” kimi klublarda çıxış edib.

Shares: