İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.

Futbolinfo.az xəbər verir ki, dinləmələr oktyabrın 8-də olacaq. Bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nurlan İbrahimov vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. (Report)

Shares: