“Neftçi” avstraliyalı Nikita Rukavitsanın transferindən vaz keçib. Daha doğrusu, hücumçu ölkəmizdə oynamaq istəməyib.
34 yaşlı hücumçu bir müddət Bakıda olub, müqaviə şərtlərini müzakirə edib və bütün məsələlərdə ortaq məxrəcə gəlinib. Amma son anda o, müxtəlif bəhanələr gətirərək müqaviləyə imza atmaqdan boyun qaçırıb.
Qeyd edək ki, Rukavitsanın son klubu İsrailin “Makkabi” komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts” və “Frankfurt”un da şərəfini qoruyub.