Türkiyənin “Kayserispor” klubunun qapıçısı Doğan Alemdarın Fransanın “Renn” komandasına transferi rəsmiləşib.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı qolkiper yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Alemdar “Kayserispor”un öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc qolkiper geridə qalan mövsümdə 28-i Super Liqada olmaqla 29 rəsmi matça çıxıb, 35 qol buraxıb. O, 10 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. Doğan həm də Türkiyənin U-18 yığmasının formasını geyinir.

Yeri gəlmişkən, Alemdarı Fransa klubuna satan “Kayserispor” da heyətini yeni qapıçı ilə gücləndirib. Super Liqa təmsilçisi ötən mövsümün sonunda elitanı tərk edən “Dənizlispor”dan Cenk Göneni transfer edib. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Təcrübəli qolkiper daha öncə “Beşiktaş”, “Qalatasaray”, “Göztəpə”, “Alanyaspor”, “Malaqa” və “Altay” klublarının da formasını geyinib.

Shares: