“Qarabağ” yeni futbolçu transferi planlaşdırmır. “Atlılar” ən azı qışa kimi indiki heyətlə yola davam etmək niyyətindədi.

Futbolinfo.az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan ağdamlıların legioner müdafiəçi alacağı ilə bağlı söhbətlər dolaşır. Amma klubdan aldığımız məlumata görə, belə bir plan yoxdu. Qeyri-adi bir şey olmasa, komanda qışa kimi yeni oyunçu almayacaq.

Yayda Kadi Borqes (“Vilafranquense”, Portuqaliya), Ramil Şeydayev (“Sabah”), Marko Veşoviç, Bəhlul Mustafazadə (“Sabah”), Riçard Almeyda (“Zirə”), Qaspar Panadero Zamora (“Kadiz”, İspaniya) və İbrahima Vadjini ( “Hauqesund”, Norveç) heyətinə qatan ağdamlılar bütün mövqelərdə komplektləşmənin bitdiyini düşünür.

Shares: