Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüstəm bu oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə meydana buraxılıb. O, 90+1 və 90+6-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.

Altı turdan sonra 5 xalı olan “Minay” 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Shares: