Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Mönhenqladbax “Borussiya”sı səfərdə “Union Berlin”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İki turdan sonra turnir cədvəlinə başçılıq edən “Volfsburq” turun son matçında “Leypsiq”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Almaniya Bundesliqası
3-cü tur
27 avqust

Borussiya (Dortmund) – Hoffenhaym 3:2
Qol: Reyna, 49. Bellingem, 69. Haland, 90+1 – Baumqartner, 61. Dabbur, 90.

28 avqust

Arminiya – Ayntraxt 1:1
Qol: Vimmer, 86 – Hauqe, 22.

Auqsburq – Bayer 1:4
Qol: Nyederlexner, 30 – Yaqo, 3-öz qapısına. Nyederlexner, 14-öz qapısına. Şik, 75. Virts, 81.

Köln – Bohum 2:1
Qol: Şaub, 82. Lemperle, 90+1 – Zoller, 90+4.

Maynts – Qroyter 3:0
Qol: Lukoki, 15. Salai, 18. Ştoger, 90+2.

Ştutqart – Frayburq 2:3
Qol: Mavropanos, 45. Al Qaddiui, 45+2 – Yonq, 3; 9. Holer, 28.

Bayern – Herta 5:0
Qol: Müller, 6. Levandovski, 35; 70; 84. Musiala, 49.

29 avqust

Union Berlin – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Gesselmann, 22. Avoniyi, 41 – Hofmann, 90+1.

Volfsburq – Leypsiq 1:0
Qol: Russilyon, 52.

Shares: