Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov özünə yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı forvard bundan sonra karyerasını Belarusda davam etdirəcək.

O, bu ölkənin “Slaviya” (Mozır) klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Ruslan yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Ruslan Qurbanov geridə qalan mövsümü “Zirə”də keçirib. O, daha öncə “Keşlə”, “Səbail”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi”də də forma geyinib. Futbolun sirlərinə “Dinamo” (Stavropol) və “Rostov” klublarında yiyələnmiş Qurbanov, sonralar “Nika”, “Taqanroq” və “Hayduk” (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış forvard, cəmi 1 qolla yadda qalıb.

Shares: