Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Benfika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
“Tondela” 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.