Futbol üzrə İtaliya A Seriyasında 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Sassuolo” – “Sampdoriya” matçında qalib müəyyənləşməyib. Səfərdə “Cenoa” ilə qarşılaşan “Napoli” çətin qələbəyə sevinib.
“Milan” “Kalyari”ni qəbul edib və darmadağına sevinib. “Roma” isə “Salernitana” səfərində 4 cavabsız qolla qalib gəlib.
İtaliya A Seriyası
2-ci tur
27 avqust
Udineze – Venetsiya 3:0
Qol: Pussetto, 29. Deulofeu, 70. Molina, 90+3.
Verona – İnter 1:3
Qol: İliç, 15 – L.Martines, 47. Korrea, 83; 90+4.
28 avqust
Atalanta – Bolonya 0:0
Latsio – Spetsiya 6:1
Qol: İmmobile, 5; 15; 45+2. F.Anderson, 47. Hüsay, 70. L.Alberto, 85 – Verde, 4.
Fiorentina – Torino 2:1
Qol: N.Qonsales, 41. Vlahoviç, 70 – Verdi, 89.
Yuventus – Empoli 0:1
Qol: Mankuzo, 21.
29 avqust
Cenoa – Napoli 1:2
Qol: Kambiaso, 69 – F.Ruis, 39. Petanya, 84.
Sassuolo – Sampdoriya 0:0
Milan – Kalyari 4:1
Qol: Tonali, 12. Leao, 17. Jiru, 24; 43 – Deyola, 15.
Salernitana – Roma 0:4
Qol: Pelleqrini, 48; 79. Veretu, 52. Abraham, 69.