“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike mükafatlandırılıb.
Futbolinfo.az xəbər verir ki, hazırda Türkiyənin “Sivasspor” klubunda çıxış edən yarımmüdafiəçi feyr-pley mükafatı alıb. O, Super Liqanın 3-cü turunun “Göztəpə” ilə matçından (2:2) əvvəl mükafatına qovuşub.
Enrike “Kayserispor”da çıxış etdiyi vaxtlarda bir gün məşqdən evə qayıdarkən zibilxanadan yemək axtaran ana və uşaq görüb. Bundan sonra o, özü üçün aldığı ərzaqları həmin ana və uşağa verib.
Türkiyə Milli Olimpiya Komitəsi Enrikeyə bu davranışına görə feyr-pley mükafatı verib.
Pedro Enrike 2017/18 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib. O, 2019-cu ildə müqavilə ilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu. Yarımmüdafiəçi bu yay “Sivasspor”a keçib.