“Qəbələ” heyətini gücləndirməkdə davam edir. Bölgə təmsilçisi bu dəfə İordaniyalı oyunçu transfer edəcək.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı Omar Haniylə danışıqlar başa çatıb. Cinah yarımmüdafiəçisi bu həftə Azərbaycana gələrək rəsmi müqavilə bağlayacaq.

Karyerasına “Əl-Faysal”da başlamış futbolçu 2019-cu ildən Kipr APOEL-nin üzvüdü. O, bu klubda cəmi 2 matça çıxıb, ötən mövsümü Nikosiya “Olimpiakos”unda icarədə keçirib. Burada 19 oyuna çıxan Omar “Qəbələ”yə azad agent kimi gələcək.

APOEL vaxtilə Haninin transferi üçün 400 min avro ödəmişdi. İordaniyanın 19 və 23 yaşlılardan ibarət millilərində oynamış Omar əsas yığmada da 1 matça çıxıb.

Shares: