“Qəbələ”də daha bir futbolçunun koronavirus testi müsbət çıxıb. Artıq sağalaraq sıraya dönən Asif Məmmədov, hələ də müalicə alan Rüfət Əhmədovla eyni aqibəti bir legioner də yaşayır.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin çernoqoriyalı yarımmüdafiəçisi Stefan Vukçeviç hazırda karantindədi. Onun Premyer Liqanın növbəti turunun matçına kimi sıraya qayıdacağı gözlənilir.

Shares: