Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə qış fasiləsinin vaxtı müəyyənləşib.
Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 16-da 14-cü turun oyunlarından sonra ölkə çempionatında fasilə yaranacaq.
Çempionatın ikinci yarısına 2022-ci il fevralın 7-də start veriləcək və mayın 21-də yekun vurulacaq.