“Atletiko” klubu ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luis Suares sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Suares La Liqanın 3-cü turunun “Vilyarreal”la matçının 71-ci dəqiqəsində zədələnib. Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Atletiko” – “Vilyarreal” matçı 2:2 hesabıyla bitib.

Shares: