İspaniyanın “Barselona” klubunun iki futbolçusu sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Roberto və hücumçu Martin Breytveyt zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 3-cü turunun “Xetafe” ilə matçında (2:1) zədələnən futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.

Shares: