Türkiyənin “Alanyaspor” klubu baş məşqçisi Çağdaş Atan ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Alanyaspor” bu mövsüm Super Liqada keçirdiyi 3 oyundan yalnız birində qalib gəldiyi halda, digər 2 oyunundan məğlubiyyətlə ayrılıb. Alanya təmsilçisi 41 yaşlı mütəxəssisin rəhbərliyi son olaraq “Hatayspor”a 0:5 hesabıyla məğlub olub.