Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA-nın yaydığı hesabatda bildirilib.

Klublarımız il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib. Onların gəlirləri isə 500 000 dollardan bir qədər çox olub.

Azərbaycanın futbol klublarının 2020-ci ildə heyətlərinə qatdığı futbolçuların sayı da açıqlanıb. Komandalar başa çatan ildə 61 oyunçu transfer edib və 51-i ilə yollarını ayırıb. Əməliyyatlarda 10 ölkənin təmsilçiləri iştirak edib.

Bütövlükdə isə Azərbaycan klubları son 10 ildə (2011-2020) 840 futbolçu transferi həyata keçirib. Ölkə xaricinə transfer olunan oyunçuların sayı isə 582-dir.

Son 10 ildə transferlərə 13.7 milyon ABŞ dolları xərcləyən yerli klublar cəmi 2.9 milyon ABŞ dolları gəlir əldə ediblər. Bir sözlə, Azərbaycan klubları transferlərdən 10.8 milyon dollar itiriblər.

Shares: