İngiltərənin “Norviç Siti” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Şalke” klubundan Ozan Kabakı, Rusiya “Rostov”undan isə Matias Normanı icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu satınalma şərti ilə 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. Ozan yeni komandasında 15, Matias isə 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ozan Kabak “Qalatasaray”ın yetirməsidir. O, 2019-cu ildə “Ştutqart”a, elə həmin il də “Şalke”yə transfer olunmuşdu. Türkiyə millisinin də üzvü olan mərkəz müdafiəçisi, ötən mövsümün ikinci yarısını Premyer Liqanın digər təmsilçisi “Liverpul”da icarədə keçirmişdi.

Norveç millisinin üzvü olan Matias Norman isə 2019-cu ildən “Rostov”da çıxış edir. 25 yaşlı yarımmüdafiəçi daha öncə “Lofoten”, “Bodo Qlimt”, “Alta” və “Molde” kimi komandalarda da çıxış edib.

Large - Futbolinfo.az
Shares: